• Bakı 31° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Daha beş güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır

İDMAN

25 May 2024 | 10:30

Daha beş güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Azərbaycanın beş sərbəst güləşçisi Bakı İdman Sarayında keçirilən U-23 Avropa çempionatında mübarizəyə başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, Nurəddin Novruzov (61 kq), Cəbrayıl Hacıyev (74 kq), Arseni Djioyev (86 kq), Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) xalça üzərinə çıxacaqlar.

Bundan əlavə, üç sərbəst güləşçi medalllar uğrunda yarışacaq. Kənan Heybətov (70 kq) və Əli Tsokayev (79 kq) finalda, Rəvan Musayev (97 kq) təsəlliverici görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 Avropa çempionatının qalibi olub. Bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal əldə edən qadınlardan ibarət yığma isə 76 xal toplayaraq ilk dəfə komanda hesabında üçüncü yeri tutub.


SON XƏBƏRLƏR

16 Iyun 2024