• Bakı 20° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Türkiyə-Portuqaliya matçı ilə bağlı araşdırma başlandı

İDMAN

23 Iyun 2024 | 14:38

Türkiyə-Portuqaliya matçı ilə bağlı araşdırma başlandı

UEFA Avro-2024-ün 2-ci turunda ötən gün keçirilən Türkiyə-Portuqaliya matçı (0:3) ilə bağlı araşdırmaya başlayıb.

Bakıvaxtı.az Qol.az-a istinadla xəbər verir ki, matçda təhlükəsizliyin yaxşı təmin olunmaması UEFA-nın hərəkətə keçməsinə səbəb olub.

Məsələ ondadır ki, matç zamanı və oyundan sonra 6 nəfər Portuqaliya millisinin lideri Kriştiano Ronaldo ilə şəkil çəkdirmək üçün meydana daxil ola bilib.

39 yaşlı hücumçu ikinci hissədə meydana daxil olan azyaşlı azarkeşi incitməyib və onunla şəkil çəkdirib. Lakin matçın final fitindən əvvəl daha üç azarkeş meydana daxil olduqda Ronaldo əsəbiləşib.

Bundan əlavə, matçın sonunda təhlükəsizlik kordonunu yarıb keçən daha iki azarkeş ulduz futbolçuya çata bilib.

Oyundan sonra Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez də təhlükəsizliklə bağlı narahatlığını bildirib:

“Bu, narahatedici məqamdır. Bu gün azarkeşlərin niyyəti yaxşı idi, amma sabah fərqli davransalar, futbolçular təhlükəyə atılmış olacaq".


SON XƏBƏRLƏR