• Bakı C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Makron dünya ölkələrini qlobal atəşkəsə çağırıb

İDMAN

23 Iyul 2024 | 13:50

Makron dünya ölkələrini qlobal atəşkəsə çağırıb

Fransa prezidenti Emmanuel Makron və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Parisdə keçiriləcək Olimpiya və Paralimpiya Oyunları ilə bağlı qlobal atəşkəs çağırışı ediblər.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bununla bağlı Parisdə BOK-un 142-ci sessiyasının açılış mərasimində çağırış olunub.

Açılış mərasimində çıxış edən Makron bildirib ki, Fransa Paris Olimpiadasını sülh, həqiqət və ümid anına çevirmək üçün BOK ilə işləyir. 

"Oyunlar başlayacaq və atəşkəs başlayacaq", - deyə Fransa prezidenti vurğulayıb.

Qeyd edək ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək, Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək. 

Gülşən Şərif


SON XƏBƏRLƏR