• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Basketbolçularımız avrokubokda mübarizəyə başlayır

İDMAN

22 Avqust 2024 | 09:19 | Müəllif: Əli Hüseynov

Basketbolçularımız avrokubokda mübarizəyə başlayır

Bu gün Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Avstriyanın paytaxtı Vyanada start götürən Avropa Kubokunda mübarizəyə başlayır.

Bakıvaxtı.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv C qrupunda ilk olaraq İspaniya ilə üz-üzə gələcək.

Komanda ikinci matçında meydan sahiblərini sınağa çəkəcək.

Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 15:40 və 19:15-də start götürəcək. Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Qeyd edək ki, avqustun 23-də Azərbaycanın kişilərdən ibarət yığması Avstriya və Niderland ilə qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026