• Bakı 19° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

"Qarabağ" "Neftçi"ni məğlub edib - YENİLƏNİB

İDMAN

20 Sentyabr 2024 | 22:09

Qarabağ Neftçini məğlub edib - YENİLƏNİB

"Qarabağ" Azərbaycan Premyer Liqasında "Neftçi"ni məğlub edib.

Bakıvaxtı.az-ın məlumatına görə, mövsümün ilk derbisi VII turda baş tutub.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:0.

"Neftçi"dən Robert Bauer 18-ci dəqiqədə avtoqol müəllifi olub. 29-cu dəqiqədə Olavio Juninyo, 45+3-cü dəqiqədə Yassin Benzia, 90+1-ci dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran "köhlən atlar" liderliyə yüksəlib. "Ağ-qaralar" 4 xalla 8-9-cu yerləri bölüşdürür.

Qeyd edək ki, günün ilk matçında "Şamaxı" "Kəpəz"i məğlub edib - 2:0. VII turun digər oyunları sentyabrın 21-22-də baş tutacaq.

 

21:10

Azərbaycan Premyer Liqasının VII turunun "Qarabağ" - "Neftçi" oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Ağdam təmsilçisi hazırda 3:0 hesabı ilə öndədir.

***20:51

Azərbaycan Premyer Liqasının VII turunun "Qarabağ" - "Neftçi" oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Ağdam təmsilçisi fasiləyə inamlı üstünlüklə yollanıb - 3:0.

Son olaraq 45+3-cü dəqiqədə Yassin Benzia paytaxt klubunu məyus edib.

***

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyununda ikinci qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam təmsilçisi növbəti dəfə rəqibini mərkəzə dəvət edib - 2:0.

29-cu dəqiqədə Olavio Juninyo fərqlənib.

 

XXX

20:25

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyununda hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, "Neftçi"nin futbolçusu Robert Bauer 18-ci dəqiqədə avtoqol müəllifi olub.

XXX

20:00

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, matç saat 20:00-da start götürüb.

Görüşü FIFA referisi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, rəqibindən bir oyun az keçirən Ağdam təmsilçisi hazırda 12 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 4 xalla 8-9-cu yerləri bölüşdürür.


SON XƏBƏRLƏR

20 Sentyabr 2024