• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda “TeamGym” üzrə 15-ci Avropa çempionatı başa çatıb

İDMAN

19 Oktyabr 2024 | 18:33 | Müəllif: Gülşən Şərif

Bakıda “TeamGym” üzrə 15-ci Avropa çempionatı başa çatıb

Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatı başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, turnirin dördüncü günündə son olaraq böyük kişi gimnastlardan ibarət 6 komanda mübarizə aparıb.

Üç proqramın cəminə əsasən, Danimarka komandası 62.950 xal toplayaraq bütün rəqiblərini üstələyib.

İsveç yığması 60.150 xalla gümüş, Norveç komandası 55.850 xalla bürünc mükafata yiyələnib.

Böyük Britaniya (51.900), Portuqaliya (51.100) və İtaliya (50.050) komamdaları isə müvafiq olaraq dördüncü, beşinci və altıncı yerləri tutublar.

Ardınca qaliblərin mükafatlandırma mərasimi baş tutub və yarış başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026