• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bekhem MLS kubokunu Messiyə verdi - FOTO

İDMAN

20 Oktyabr 2024 | 12:24 | Müəllif: Subhan Mahmudov

Bekhem MLS kubokunu Messiyə verdi - FOTO

“İnter Mayami”nin MLS-in müntəzəm çempionatında son oyununa çıxıb.

Adalet.az xəbər verir ki, komanda  “Nyu-İnqlend Revolüşn”la qarşılaşıb və 6:2 hesabı ilə qalib gəlib.
Oyunda məşhur futbolçular Lionel Messi het-trik, Luis Suares isə dubl edib. Komandanın digər qolunu isə Benjamin Kremaski vurub.

Həmçinin bu gün 32-ci turda  - oktyabrın 3-də çempionluğu rəsmiləşdirən "İnter Mayami"yə MLS-in kuboku da təqdim olunub. 

Klubun sahibi Devid Bekhem kapitan Lionel Messiyə çempionluq kubokunu təqdim edib və komandanı təbrik edib. 

Bundan əlavə, Messiyə klub tarixinin 1 mövsümdə ən çox qol vuran (33 qol) futbolçusu kimi mükafat da verilib.


Bekhem MLS kubokunu Messiyə verdi - FOTOBekhem MLS kubokunu Messiyə verdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR