• Bakı 19° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.8601

    RUB - 0.0175

Millimiz 9 aydan sonra seçmə oyunlara davam edəcək

İDMAN

20 Sentyabr 2024 | 17:44

Millimiz 9 aydan sonra seçmə oyunlara davam edəcək

Kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının 2026-cı il Avropa çempionatının seçmə turnirində iki oyunu qalıb.

Bakıvaxtı.az xəbər verir ki, səfərdə Avstriyaya və evdə Belçikaya iki məğlubiyyətdən sonra Fərid Cəlalovun yetirmələrini yenidən bu rəqiblərlə görüşlər gözləyir.

Düzdür, onlardan ən yaxını 9 aydan sonra keçiriləcək - 2025-ci il iyunun 28-də yığmamız öz meydanında avstriyalıları qəbul edəcək, iyulun 13-də isə Belçikada son oyununu keçirəcək.

Bu arada, ilk dövrədən sonra Belçika, Danimarka, Çexiya, Yunanıstan, Estoniya və Latviya öz qruplarında təsnifat mərhələsinin lideri olublar.

Qeyd edək ki, Avropa çempionatı Bolqarıstan, Finlandiya, İtaliya və Rumıniyada keçiriləcək. /İdman.biz


SON XƏBƏRLƏR