• Bakı 16° C

    3.34 m/s

Mahir Emrelinin “Nürnberq”də komanda ilə məşqlərə başlayacağı vaxt açıqlanıb

İDMAN

22 Avqust 2024 | 10:21

Mahir Emrelinin “Nürnberq”də komanda ilə məşqlərə başlayacağı vaxt açıqlanıb

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Almaniyanın “Nürnberq” klubunda komanda ilə məşqlərə başlayacağı vaxt müəyyənləşib.

Bakıvaxtı.az "Bild" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu sentyabrda, yığmaların beynəlxalq matçlarından sonra kollektivə qoşula biləcək.

Emreli hazırda II Bundesliqa təmsilçisində reabilitasiya üzrə məşqçi Cerald Ştürzenhofekerlə birlikdə fərdi məşqlər edir.

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze azərbaycanlı forvardın yaşıl meydanlara qayıtması ilə bağlı bunları söyləyib:

"Hələlik proqnoz vermək çətindir. Həftədən-həftəyə reaksiyanın nə olduğunu görməliyik".

Qeyd edək ki, M.Emreli “Nürnberq” ilə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026