• Bakı 26° C

    1.85 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

“Qarabağ”ı Cəbəllütariqdə bu qədər azarkeş dəstəkləyəcək

İDMAN

23 Iyul 2024 | 13:58

“Qarabağ”ı Cəbəllütariqdə bu qədər azarkeş dəstəkləyəcək

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün səfərdə Cəbəllütariqin “Linkoln” klubu ilə qarşılaşacaq “Qarabağ” dəstəksiz qalmayacaq.

Bu barədə Bakıvaxtı.az-a Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.

Klub rəsmisi Cəbəllütariqdəki matçda elə də çox azarkeş gözlənilmədiyini vurğulayıb:

“Ümumilikdə 700-ə yaxın azarkeşin gəlməsi gözlənilir. Azərbaycandan isə maksimum 30 nəfər iştirak edəcək”.

Qeyd edək ki, “Linkoln” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


SON XƏBƏRLƏR

18 Iyul 2025