• Bakı 16° C

    14.26 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

"Mançester Yunayted" Vinisius Junioru transfer etmək istəyir

İDMAN

23 Iyul 2024 | 11:54

Mançester Yunayted Vinisius Junioru transfer etmək istəyir

İngiltərənin "Mançester Yunayted" klubu İspaniya təmsilçisi "Real"ın futbolçusu Vinisius Junioru transfer etmək istəyir.

Bakıvaxtı.az-ın "Defensa Central"a istinadən məlumatına görə, "qırmızı şeytanlar" 23 yaşlı braziliyalıya 200 milyon avro dəyərində 5 illik müqavilə təklif etməyə hazırdır.

Mançester təmsilçisi Madrid klubuna əlavə 230 milyon avro ödəmək niyyətindədir. Hücumçu “Real"a 2018-ci ilin iyulunda Braziliya klubu “Flamenqo”dan keçib. Onun "Real" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, 2023/2024 mövsümündə V.Junior meydana çıxdığı 39 matçda 24 qola 11 məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" portalı onun bazar dəyərini 180 milyon avro olaraq qiymətləndirir.


SON XƏBƏRLƏR

13 May 2025