• Bakı 14° C

    2.31 m/s

  • USD - 1.7

    EUR - 1.8303

    RUB - 0.0186

Aksiyaya qoşulan erməni hərbçilər barədə araşdırma başladıldı

DÜNYA

27 Aprel 2024 | 09:28

Aksiyaya qoşulan erməni hərbçilər barədə araşdırma başladıldı

Dünən axşam saatlarında Ermənistanın Azərbaycanla sərhədində yerləşən Tavuş vilayətində keçirilən etiraz aksiyasına bir qrup müqaviləli hərbçi də qoşulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər teleqram kanallarında yayılıb.

Hərbçilər Tavuş vilayətində Azərbaycanla sərhədin delimitasiyası prosesinin dayandırılması tələbi ilə keçirilən nümayişilərdə iştirak ediblər.

Ermənistan Müdafiə Nazirliyi “Tavuş vilayətinin Kirants şəhərində keçirilən siyasi aksiyaya” qoşulan hərbi geyimli şəxslərin kimliyini müəyyənləşdirdiyini bildirib.

Nazirlik qeyd edib ki, ordunu siyasi proseslərə cəlb etmək cəhdinə adekvat hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Ermənistan və Azərbaycanın dövlət sərhədinin delimitasiyası üzrə komissiyaları razılığa gəliblər. Razılığa əsasən, Qazaxın işğal altında olan 4 kəndi Azərbaycana qaytarılacaq.


SON XƏBƏRLƏR

07 May 2024