• Bakı 21° C

    6.22 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Stoltenberq bu sözünə görə istefa versin - Salvini

DÜNYA

27 May 2024 | 00:23 | Müəllif: Subhan Mahmudov

Stoltenberq bu sözünə görə istefa versin - Salvini

NATO Baş katibi Yens Stoltenberq Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməsinə dair sözlərinə düzəliş etməli, üzr istəməli və ya istefa verməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu İtaliyan Baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini deyib.

"Stoltenberq ya düzəliş etsin, ya üzr istəsin, ya da istefa versin. Çünki o, müharibə haqqında, mənim adımdan "Liqa" və İtaliya xalqı adından Ukraynaya müdafiə üçün göndərdiyimiz bombaların, raketlərin və silahların onun ərazisindən kənarda öldürmək məqsədilə istifadəsi haqqında danışa bilməz", - o bildirib.

Qeyd edək ki, bundan öncə Y.Stoltenberq alyans ölkələrini Ukraynanın Qərb silahları ilə Rusiya ərazisindəki hədəflərə zərbə endirməsinə dair məhdudiyyətləri aradan qaldırmağa çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026