• Bakı 23° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Avropa İttifaqından ittiham: "Microsoft" qaydaları pozur

DÜNYA

25 Iyun 2024 | 17:59

Avropa İttifaqından ittiham: Microsoft qaydaları pozur

Avropa İttifaqı (Aİ) "Microsoft" texnologiya şirkətini chat və onlayn görüş platforması "Teams"i "Office" ilə birləşdirərək rəqabət qaydalarını pozmaqda ittiham edib.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bununla bağlı Avropa Birliyi Komissiyası açıqlama yayıb.

Açıqlamada bildirilib ki, "Microsoft"un öz məhsulu olan "Teams"i bizneslər üçün "Office 365" və "Microsoft 365" paketlərindəki populyar proqramlara qoşması Aİ qaydalarına uyğun deyil.

Belə ki, "Microsoft"un müştərilərə "Teams"ə daxil olmaq imkanı təklif etməməsi rəqib platformaların rəqabət apara bilməməsinə səbəb olur. Bu isə Avropa İttifaqının qaydalarının pozulmasıdır.

Qeyd edək ki, Aİ Komissiyası Aİ ölkələrində fəaliyyət göstərən şirkətlərin sektorlarında rəqabətə zidd vəziyyətin olub-olmamasını yoxlamaq səlahiyyətinə malikdir. Rəqabətə zərər verən hallar aşkar olunarsa, Aİ Komissiyası bu vəziyyətə son qoyur və şirkətlərə yüksək cərimələr tətbiq edir.

Gülşən Şərif


SON XƏBƏRLƏR