• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ÜST-dən növbəti pandemiya ilə bağlı ÇAĞIRIŞ

DÜNYA

27 May 2024 | 09:14

ÜST-dən növbəti pandemiya ilə bağlı ÇAĞIRIŞ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında mayın 27-dən iyunun 1-dək Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, Ümumdünya Səhiyyə Assambleyası sessiyada 2025-2028-ci illər üçün iş proqramının layihəsini, vərəm və poliomielit xəstəliyinin aradan qaldırılması strategiyasını, diqqətdən kənarda qalan tropik xəstəliklərlə mübarizə üzrə yol xəritəsini və iqlim dəyişikliyi şəraitində sağlamlığın qorunması üçün tədbirləri müzakirə edəcək.

ÜST-ün əsas illik forumuna dəvət olunmuş 194 dövlətin nümayəndələrinin diqqəti, həmçinin pandemiyanın qarşısının alınmasına dair saziş üzrə 2021-ci ildən davam edən işlərə yönələcək.

ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus sessiya ərəfəsində bildirib ki, təşkilat üzvləri 7 milyondan çox insanın həyatına son qoyan COVID-19 epidemiyasının yaratdığı çağırışlara cavab vermək üçün çox böyük səylər göstərib. Koronavirus pandemiyası hər kəsə təsir etdi, buna görə də ÜST-ə üzv ölkələr dünyanın növbəti pandemiyaya daha yaxşı hazır olmasına yönəlmiş sazişin hazırlanması prosesinə başladılar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026