Türkiyədə partlayış olub.
Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, hadisə Esenlerdə 4 mərtəbəli binada qeydə alınıb. Belə ki, binanın girişindəki lyukda naməlum səbəbdən partlayış baş verib. Partlayış nəticəsində bir mənzilin divarı uçub, ölən və xəsarət alan olmayıb.
Hadisə saat 05.30 radələrində qeydə alınıb. Partlayış səsinə oyanan məhəllə sakinləri polis, xilasetmə və tibb qruplarına xəbər verib. Mümkün fəlakətin qarşısı alınıb.
“Elektrik və ya təbii qaz partlamış ola bilər”, - sakinlər bildiriblər.
Murad Məmmədli

















