• Bakı 30° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Ermənistanda tank hərbi avtomobillə toqquşub: ölən və yaralananlar var - YENİLƏNİB

DÜNYA

27 May 2024 | 00:10

Ermənistanda tank hərbi avtomobillə toqquşub: ölən və yaralananlar var - YENİLƏNİB

Ermənistanda hərbi təlimlər zamanı tank hərbçiləri daşıyan “URAL” markalı hərbi avtomobillə toqquşub.

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində müddətli hərbi qulluqçu əsgər Ararat Aroyan həlak olub, daha 6 əsgər isə yaralanıb.

 

***23:20

Ermənistanda N saylı hərbi hissənin əsgəri Ararat Aroyan aldığı xəsarətlər nəticəsində ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Həkimlərin səyinə baxmayaraq, hərbçinin həyatını xilas etmək mümkün olmayıb", - məlumatda deyilir.

Hadisənin başvermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.


SON XƏBƏRLƏR

16 Iyun 2024