• Bakı 23° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Aİ-nin 81 media orqanına girişi əngəllənəcək

DÜNYA

25 Iyun 2024 | 17:05

Aİ-nin 81 media orqanına girişi əngəllənəcək

Rusiya öz ərazisində Avropa İttifaqından (Aİ) 81 KİV-ə girişi məhdudlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, Aİ Şurasının mayın 17-də qəbul etdiyi Rusiyanın üç KİV-inin (RİA Novosti, İzvestiya və Rossiyskaya qazeta) bütün yayım fəaliyyətini qadağan edən qərarına cavab olaraq, bu gün, iyunun 25-də qüvvəyə minən əks məhdudiyyətlər tətbiq edilir.

“Rusiya Federasiyası ərazisindən xüsusi hərbi əməliyyatın gedişi haqqında sistemli şəkildə yalan məlumatlar yayan Aİ-yə üzv ölkələrin bir sıra KİV-lərinin və Aİ miqyasında fəaliyyət göstərən media operatorlarının yayımına giriş imkanı tətbiq edilib”, - nazirlik bildirib.

Xarici İşlər Nazirliyi qeyd edib ki, Rusiya tərəfi dəfələrlə və müxtəlif səviyyələrdə yerli jurnalistlərin siyasi motivli təqibləri və Aİ-də Rusiya KİV-lərinə əsassız qadağalar cavabsız qalmayacaq xəbərdarlığını edib.

Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, Rusiya mətbuatına qoyulan məhdudiyyətlər aradan qaldırılarsa, Moskva da adıçəkilən KİV-lərlə bağlı qərarına yenidən baxacaq.

Günel Abbas


SON XƏBƏRLƏR