• Bakı 30° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Türkiyədə dəhşətli qəza: 10 ölü, 39 yaralı - YENİLƏNİB

DÜNYA

27 May 2024 | 00:24

Türkiyədə dəhşətli qəza: 10 ölü, 39 yaralı - YENİLƏNİB

Türkiyənin Mərsin şəhərinin Tarsus rayonunda baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində yaralananların sayı 39-a yüksəlib, 10 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə bildirib.

“Diyarbəkirdən İstanbula gedən sərnişin avtobusu Mərsin şəhərinin Tarsus rayonu, Yenice qovşağı ərazisində magistral yolda 2 minik avtomobili və 1 yük maşını ilə toqquşub. Təəssüf ki, qəzada, ilkin məlumatlara görə, 10 vətəndaşımız həyatını itirib, 39 vətəndaşımız isə yaralanıb”, – DİN başçısı qeyd edib.

21:57

 

***22:36

Türkiyənin Mersin-Adana magistralında, Tarsus ilçəsi yaxınlığında baş verən zəncirvari avtomobil qəzasında 10 nəfər ölüb, 30 nəfər isə xəsarət alıb.

Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, ağır qəza Yenicə səmtində baş verib.

Qəza yerinə xeyli sayda təcili yardım briqadası, polis və xilasedicilər cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.


SON XƏBƏRLƏR

16 Iyun 2024