• Bakı 16° C

    2.12 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0186

Tayvanda GÜCLÜ ZƏLZƏLƏ

DÜNYA

27 Aprel 2024 | 09:13

Tayvanda GÜCLÜ ZƏLZƏLƏ

Tayvanda 5,6 maqnitudada zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.

Məlumata görə, zəlzələ ocağı 15 km dərinlikdə olub və təxminən 350 min əhalisi olan Xualyan şəhərindən 26 km şimal-şərqdə yerləşib. Sunami təhlükəsi, dağıntılar və ya insan tələfatı barədə xəbər verilmir.

Öz növbəsində adanın meteorologiya xidməti zəlzələnin 6,1 maqnitudada baş verdiyini bildirib.

Bundan əvvəl Tayvanın şərq sahillərində maqnitudası 4,9-a çatan silsilə təkanlar qeydə alınmışdı.


SON XƏBƏRLƏR

08 May 2024