• Bakı 30° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

COVID orta ömür müddətini 1,8 il azaldıb - ÜST

DÜNYA

26 May 2024 | 22:42

COVID orta ömür müddətini 1,8 il azaldıb - ÜST

Koronavirus pandemiyası ilə əlaqədar 2019-2021-ci illər ərzində dünyada orta ömür uzunluğu 1,8 il azalaraq 71,4 il təşkil edib.

Bakıvaxtı.az medicina.az-a istinadən xəbər verir ki, bunu ÜST-nin statistik məlumatları göstərir.

"COVID-19 pandemiyası doğuş zamanı gözlənilən ömür uzunluğunun və gözlənilən sağlam ömür uzunluğunun tədricən artım tendensiyasını dəyişdirdi", - ÜST ekspertləri bildirir.

Gözlənilən sağlam ömür göstəricisi 1,5 il azalaraq 61,9-a düşüb.

Cənub-Şərqi Asiya və Amerika regionlarında göstəricilər 2019-cu ildən 2021-ci ilə qədər müvafiq olaraq 2,5 və 3 il azalıb ki, bu da qlobal antirekorddur.

ÜST-nin Baş direktoru Tedros Adanom Gebreyesus COVID-19 pandemiyasının gözlənilən ömür artımınını iki il ərzində necə heçə endirdiyini vurğulayaraq insanları tərəqqinin nə qədər kövrək ola biləcəyini xatırlamağa çağırıb.

ÜST-nin yeni statistikası göstərir ki, koronavirus 2020 və 2021-ci illərdə dünyada milyonlarla insanın ölümünə səbəb olan 3 əsas ölüm səbəbindən biri olub. Amerika regionunda isə COVID-19 hər iki ildə əsas ölüm səbəbi olub.


SON XƏBƏRLƏR

16 Iyun 2024