• Bakı 12° C

    12.22 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Zəngəzur dəhlizi ilə bağlı əsas problem... - Rusiyanın yol üstündə olması arzuolunan deyil

SİYASƏT

26 Aprel 2024 | 16:40

Zəngəzur dəhlizi ilə bağlı əsas problem... - Rusiyanın yol üstündə olması arzuolunan deyil

"Zəngəzur dəhlizi ilə bağlı əsas problem İrəvanın yola Rusiya hərbçilərinin nəzarət etməsinə qarşı çıxmasıdır".

Bunu Bakıvaxtı.az-a Turan İnformasiya Agentliyinin rəhbəri, siyasi şərhçi Mehman Əliyev deyib.

Ekspert bildirib ki, təkcə Ermənistan deyil, ABŞ və Avropa ölkələri də Zəngəzur dəhlizinə Rusiya silahlı qüvvələrinin nəzarət etməsini istəmir:

"Heç kim maraqlı deyil ki, Zəngəzur dəhlizi Rusiyanın hərbçiləri, təhlükəsizlik güclərinin nəzarətində olsun. Çünki bu, çox təhlükəli məsələdir. Nəzərə alaq ki, Zəngəzur dəhlizi şimal və cənub bazarlarını bir-birinə bağlayır. Əgər sabah dəhliz işə salınsa, dəhlizə nəzarət edəcək ölkə hər hansı səbəbdən gediş-gəlişə maneçilik törədə bilər. Yəni "krant kimin əlindədirsə, istədiyi vaxt suyu bağlaya bilər"".

M.Əliyev hesab edir ki, ona görə də Rusiyanın yol üzərində olması arzuolunan deyil:

“Məsələn, 1936-cı ildə imzalanmış Montrö konvensiyasına görə, Türkiyənin Qara dənizlə Aralıq dənizini birləşdirən Bosfor və Dardanel boğazları üzərində suverenliyi qəbul olunub. Əldə olunmuş beynəlxalq qərara görə, hərbi gəmilər ora girə bilməz, yol bağlana bilməz və s. Amma Zəngəzur dəhlizi ilə bağlı belə öhdəliklər yoxdur".

Mehman Əliyev: ABŞ və Avropa ölkələri də Zəngəzur dəhlizinə Rusiya silahlı qüvvələrinin nəzarət etməsini istəmir

Həmsöhbətimiz vurğulayıb ki, öncə beynəlxalq status müəyyənləşməlidir:

"Bunun üçün də Ermənistan dəhlizə tam olaraq nəzarət etməlidir. Yəni yurisdiksiya İrəvanda olmalıdır. Ancaq indi elə deyil, ərazi formal olaraq ermənilərdədir. Nəzarət isə ruslardadır. Rusiya da dirəniş göstərir ki, dəhlizə nəzarət etsin, amma Zvarnots hava limanından çıxıblarsa, Zəngəzurdan da çəkilə bilərlər. Bu, mümkündür. Beynəlxalq status isə mütləqdir. Çünki sabah erməni tərəfi də yolu bağlaya bilər".

Aydın Baxış


SON XƏBƏRLƏR

06 May 2024