• Bakı 31° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Azərbaycanla qardaşlığı daha da irəli aparmaq üçün...

SİYASƏT

26 May 2024 | 11:23

Azərbaycanla qardaşlığı daha da irəli aparmaq üçün...

Azərbaycanın xüsusilə son dövrlərdə əldə etdiyi tarixi uğurları təqdirlə izləyir və bu uğurların davamlı olmasını arzulayırıq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycan və Türkiyə arasında xüsusilə son illərdə inkişaf edən yaxşı münasibətlər türk dövlətlərinə nümunə olacaq. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin daha da irəli getməsi üçün bütün gücümüzlə çalışacağıq. İqtisadi, siyasi, hərbi və bütün sahələrdə əlaqələrin qorunub-saxlanacağı, artacağı, möhkəmlənəcəyi bir dövrdəyik. Bu səbəbdən biz təhsil, elm, mədəniyyət, idman və bütün sahələrdə güclü əlaqələr saxlamalı və birgə səylərimizi daha da irəli aparmalıyıq. Allah dostluğumuzu, qardaşlığımızı, birliyimizi əbədi etsin. Bu birliyi və qardaşlığı birlikdə daha güclü şəkildə irəliyə aparmaq və övladlarımız üçün çox daha güclü Türkiyə və Azərbaycan hazırlamaq bizim borcumuzdur”, - Qurtulmuş bildirib.


SON XƏBƏRLƏR

16 Iyun 2024