• Bakı 26° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.8179

    RUB - 0.0193

Ərdoğan-Putin görüşü: Əməkdaşlıq davam etdiriləcək, çünki... - ŞƏRH

SİYASƏT

24 Iyun 2024 | 16:43

Ərdoğan-Putin görüşü: Əməkdaşlıq davam etdiriləcək, çünki... - ŞƏRH

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 3-4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır.

Bakıvaxtı.az-ın məlumatına görə, görüşün gündəliyində Ukraynadakı münaqişə, taxıl tədarükü kontekstində Qara dəniz mövzusu, Akkuyu AES-də işlərin gedişi, qaz ticarəti mərkəzinin yaradılması perspektivləri, Suriyanın şimalında kürd bölgələrindəki qondarma seçkilər kimi məsələlər daxil olacaq. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da liderlərin Astanada görüşə biləcəyi barədə məlumat vermişdi.

Ərdoğan-Putin arasında gözlənilən görüşü Bakıvaxtı.az-a şərh edən politoloq İlqar Vəlizadə deyib ki, sadalanan məqamlardan başqa liderlər Qərbin sanksiyalarının təsirini azalatmaq barədə də müzakirə aparacaqlar.

Ekspert vurğulayıb ki, o cümlədən Cənubi Qafqaz daxil olmaqla Avrasiyada təhlükəsizlik sisteminin yaradılması ilə bağlı fikir mübadiləsi aparılacaq:

"Türkiyənin Rusiya ilə əməkdaşlığı göz önündədir. Bu əməkdaşlıq davam etdiriləcək, çünki hər iki ölkə bunda maraqlıdır. Türkiyə və Rusiya rəhbərləri regionda əlavə münaqişə ocağının yaranmamasını istəyir. Təbii ki, ikitərəfli əlaqələr, ticarət və investisiya əməkdaşlığı da gündəmdə olacaq”.

Liderlər müxtəlif regionlarda gedən münaqişələri də müzakirə edəcəklər. Onun sözlərinə görə, Ukrayna münaqişəsi isə əsas müzakirə predmeti olacaq:

“Türkiyə Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsi üçün sülh planı hazırlamışdı. Lakin hələlik Moskva və Kiyev bunu qəbul etmir. Ancaq planın müəyyən hissəsi, xüsusən "taxıl sazişi"ndən irəli gələn məsələlərdə ortaq məxrəcə gəlmək mümkündür".

İlqar Vəlizadə: Rusiya və Türkiyə ikitərəfli əlaqələrin pozulmasını, əməkdaşlığın zədələnməsini istəmir

Analitik qeyd edib ki, "taxıl dəhlizi" hazırda da fəaliyyətini davam etdirir və burada Türkiyənin iştirakı, rolu mühümdür:

"Nəticə etibarilə görünən odur ki, hər iki tərəf normal münasibətləri saxlamaqda maraqlı görünür. Rusiya və Türkiyə ikitərəfli əlaqələrin pozulmasını, əməkdaşlığın zədələnməsini istəmir. Eyni zamanda kənar faktorların, güclərin də Moskva-Kiyev münasibətlərinə zərər vurmasına imkan vermirlər. O səbəbdən tərəflərin bir sıra məsələlərdə razılığıa gəlməsi ehtimalı yüksəkdir".

Aydın Baxış


SON XƏBƏRLƏR