• Bakı 25° C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Olaf Şolz yenə Almaniya kansleri seçilmək istəyir

SİYASƏT

24 Iyul 2024 | 15:27

Olaf Şolz yenə Almaniya kansleri seçilmək istəyir

Almaniya kansleri Olaf Şolz 2025-ci ildə yenidən namizədliyini irəli sürəcəyini açıqlayıb.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, o, bu barədə ənənəvi yay mətbuat konfransında çıxışı zamanı deyib.

Olaf Şolz Almaniya kansleri seçkilərində namizədliyini irəli sürmək niyyətində olsa da, hazırda onun Sosial Demokrat Partiyası (SPD) və hakim koalisiya kifayət qədər aşağı reytinqə malikdir. Bundan əlavə, SPD Avropa Parlamentinə seçkilərdə də aşağı nəticələr göstərib.

Rusiyalı hərbi ekspert və politoloq Vadim Minqalev bildirib ki, Almaniya hakimiyyəti ABŞ-nin xeyrinə öz xalqının maraqlarına xəyanət edir:

"Şolz hökuməti tamamilə marionetdir. Hazırda Avropada demək olar ki, bütün liderlər ABŞ-nin vassallarıdır və öz xalqları ilə qətiyyən maraqlanmırlar".

Gülşən Şərif


SON XƏBƏRLƏR

01 Iyul 2025