• Bakı 31° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Əli Nağıyev Aşqabadda

SİYASƏT

25 May 2024 | 14:45

Əli Nağıyev Aşqabadda

Mayın 24-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclası keçirilİB. Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, beynəlxalq terrorçuluqla və dini ekstremizmlə mübarizə sahəsində məlumat mübadiləsinin aparılması və ölkələrin hüdudlarından kənarda döyüş hazırlığı keçməklə cinayətkar qruplaşmaların tərkibində silahlı münaqişələrdə iştirak edən şəxslərin müəyyən olunaraq fəaliyyətlərinin qarşısının alınması iclasın gündəliyində duran əsas məsələlərdən olub.

Tədbirdə dünyanın geosiyasi müstəvisində müşayiət olunan gərginliklər, mürəkkəb və ziddiyyətli proseslər fonunda beynəlxalq təhlükəsizlik sisteminin yeni təhdidlərlə üz-üzə qaldığı, terror riskinin dəfələrlə artdığı və kibercinayətkarlıq hallarının daha intensiv xarakter aldığı xüsusi vurğulanıb.

Yuxarıda sadalananlarla bərabər, MDB məkanında müəyyən maraqları olan qüvvələrin kəşfiyyat-pozuculuq fəaliyyəti, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı kimi ciddi narahatlıq doğuran mənfi təzahürlərə qarşı səylərin birləşdirilməsinin və mövcud imkanları səfərbər etməklə birgə effektiv mübarizənin aparılmasının zəruriliyinə də toxunulub.

Tədbirdə mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı çıxışlar edilib, ətraflı müzakirələr aparılıb və gələcək əməkdaşlığa dair bir sıra vacib sənədlər imzalanıb.


SON XƏBƏRLƏR

16 Iyun 2024