• Bakı 20° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

SİYASƏT

24 Iyun 2024 | 13:30

Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

 “Ölkəmiz beynəlxalq səviyyəli mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək bacarığını uzun illərdir nümayiş etdirir. Belə ki, müxtəlif illərdə Azərbaycanda keçirilən beynəlxalq idman yarışları və musiqi festivalları, qlobal tədbirlər ölkəmizin təşkilatçılıq qabiliyyətini bütün dünyaya nümayiş etdirib”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.

Onun sözlərinə görə, bu baxımdandır ki, ənənə halını alan bu cür tədbirlər dövlətimizin dünya səviyyəsində tanınmasına və nüfuzunun artmasına da müsbət təsir göstərir, Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında olduqca əhəmiyyətli bir vasitəyə çevrilir.

Siyasi şərhçi bildirib ki, ikinci Qarabağ müharibəsindən sonra isə Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji" zonasına çevrilməsi barədə müəyyən etdiyi iqtisadi inkişaf kursu hazırda beynəlxalq səviyyədə də qəbul olunmaqdadır:

“Bunun əyani göstəricisidir ki, Azərbaycan qlobal bir tədbirə - COP29-a ev sahibliyi edəcək ölkə kimi seçildi. Hazırda dünyada cərəyan edən enerji böhranının dərinləşməsi fonunda bu cür qərarın verilməsi öz “yaşıl enerji” təşəbbüsləri ilə çıxış edən Azərbaycanın bu istiqamətdə səmimi və real addımlarına verilən böyük dəyərin nəticəsidir”.

Elmir Səftərov, siyasi şərhçi

Müsahibimiz qeyd edib ki, iyunun 21-də Prezident İlham Əliyevin “Euronews” televiziyasında müsahibəsinin yayımlanması dövlətimizin bu istiqamətdəki planlarının, görəcəyi işlərin maraq dairəsində olduğunu deməyə əsas verir:

“Xatırlayırıq ki, bu ilin mart ayında da Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibə vermişdi. Dövlətimizin başçısı ölkəmizin yaşıl enerji gündəliyi barədə dünya ictimaiyyətini məlumatlandırdı. Həmçinin Azərbaycan Prezidenti yaşıl enerjiyə keçid, bərpaolunan enerji layihələrinin həyata keçirilməsi yönündə gördüyü işləri birbaşa maraqlı tərəflərin diqqətinə çatdırdı”.

E.Səftərova görə, dünyanın ən nüfuzlu və güclü dövlətlərindən olan Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə ünvanlandığı məktublar da Azərbaycanın qlobal enerji məkanındakı əhəmiyyətli yerindən xəbər verir:

“Eyni zamanda, ölkəmizin regional liderliyinin qazandırdığı üstünlükər və Azərbaycanın yaratdığı yeni reallıqlar ABŞ-nin diqqətindən kənarda qalmır. İkitərəfli əlaqələrə yeni təkan vermək niyyətini özündə ehtiva edən bu məktublarda, COP29-la bağlı Azərbaycanla əməkdaşlıq etmək arzusu da ABŞ Prezidentinin ölkəmizdə enerji ilə əlaqədar keçirilən tədbirlərə verilən dəyər kimi diqqətləri üzərinə çəkir”.

Murad Məmmədli


SON XƏBƏRLƏR