• Bakı 26° C

    4.13 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Varşavada azərbaycanlı sürücüyə hücum edildi - FOTOLAR

HADİSƏ

14 Iyun 2026 | 12:30

Varşavada azərbaycanlı sürücüyə hücum edildi - FOTOLAR

Polşanın paytaxtı Varşava şəhərində azərbaycanlı sürücüyə qarşı zorakılıq hadisəsi baş verib.

Məlumata görə, Polşa vətəndaşı olan bir şəxs azərbaycanlının idarə etdiyi avtomobilə hücum edərək nəqliyyat vasitəsinə ciddi ziyan vurub.

Bakıvaxtı.az Musavat.com-a istinadla xəbər verir ki, hadisəni törədən şəxs öz hərəkətini sürücünün dayanma-durma qaydalarını pozduğunu iddia etməklə əsaslandırmağa çalışıb.

Bildirilir ki, insident zamanı avtomobildə olan qadın sərnişin baş verənləri mobil telefonla qeydə almağa cəhd edib. Lakin bu, hücumçunun aqressiyasını daha da artırıb. Şahidlərin sözlərinə görə, həmin şəxs sürücüyə fiziki zorakılıq tətbiq edərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Hadisədən sonra zərərçəkən azərbaycanlı sürücü hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı araşdırma başladılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyun 2026