• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Litvada həyəcan siqnalı - qırıcılar havaya qaldırılıb

DÜNYA

13 Iyun 2026 | 13:53 | Müəllif: Subhan Mahmudov

Litvada həyəcan siqnalı - qırıcılar havaya qaldırılıb

Litva Vilnüs sakinlərini ölkənin hava məkanına dronun mümkün daxil olması barədə xəbərdar edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə LRT yazır.

Bu səbəbdən Vilnüsdə qısamüddətli həyəcan siqnalı verilib və NATO qırıcıları havaya qaldırılıb.

Bundan bir qədər sonra həyəcan siqnalı ləğv edilib – məlum olub ki, bu, Belarusdan Litva ərazisinə daxil olan meteoroloji aerostat olub.

"Obyekt dron deyil, meteoroloji aerostat kimi müəyyən edilib, buna görə də sakinlər hava təhlükəsinin aradan qaldırıldığı barədə məlumatlandırılıb. Lakin onların sayıq olması tövsiyə olunur, çünki belə obyektlər yenidən peyda ola bilər", – Böhranların İdarə edilməsi üzrə Milli Mərkəzin rəhbəri Vilmantas Vitkauskas bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026