• Bakı 25° C

    5.94 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Hamı Bricitin yanındakı şəxsdən danışdı

DÜNYA

13 Iyun 2026 | 12:20

Hamı Bricitin yanındakı şəxsdən danışdı

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron ölkənin sabiq prezidenti Jak Şirakın dul xanımı Bernadet Şirakla vida mərasiminə mühafizəçisinin müşayiəti ilə qatılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Closer" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Parisdə keçirilən vida mərasimində çoxsaylı tanınmış şəxslər iştirak ediblər. Onların arasında Bricit Makron da olub.

"Birinci xanım bir neçə təsəlli və təşəkkür sözünü çatdırmaq üçün keşişə yaxınlaşdıqda, ən diqqətsiz müşahidəçilərin belə nəzərindən yayınmayan bir detal ortaya çıxdı. Düz onun arxasında qüsursuz geyinmiş mühafizəçisi dayanmışdı", - deyə materialda qeyd olunub.

Bildirilir ki, həmin şəxsin kimliyi hələlik açıqlanmayıb. Bununla belə, o, aktrisa Natali Bayın dəfn mərasimində də görüntülənib./Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyun 2026