Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin Böyük zalında fortepiano şöbəsinin “Fənn Birləşmə Komissiyası”nın sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Kazımovanın tələbələrinin iştirakı ilə konsert proqramı keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, konsertdə kollecin tələbələri və məzunları çıxış edərək müxtəlif dövrlərə aid dünya və Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər. Proqramda F.List, S.Raxmaninov, A.Məlikov, F.Əmirov, T.Quliyev və digər bəstəkarların əsərləri yer alıb.
Tədbir çərçivəsində Ülviyyə Kazımova müəllifi olduğu “Perpetuum mobile” əsərini tələbəsi Gülsarə Bağırova ilə birlikdə ifa edib. Dinləyicilərin xahişi ilə konsertin sonunda C.Allahverdiyevin “Əbədi sevgi” əsəri səsləndirilib.
Gənc musiqiçilərin ifaçılıq bacarıqlarının nümayiş olunduğu tədbir jazz kompozisiyası ilə başa çatıb.
Bakı 



