Müğənni Elşad Qarayev vəsiyyətini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, Yalçın Uğurun müəllifi və aparıcısı olduğu "Bir gün" verilişində danışıb.
Müğənni qeyd edib ki, hər dəfə rayona gələndə qardaşlarının məzarını ziyarət edir:
"Bu dünyadan hamımız köçəcəyik. Amma köçməyin də özünün bir üsulu var. Biri var desinlər, Allah rəhmət eləsin, biri də var deməsinlər. Ona görə insan gərək elə yaşasın ki, həmişə ona rəhmət oxusunlar".
Onun sözlərinə görə, atası rəhmətə gedəndən sonra böyük qardaşı Manaf onlara atalıq edib. Ailədə 7 qardaş, 1 bacı olduqlarını deyən E.Qarayev bildirib ki, 4 qardaşı sağ qalıb:
"Rəvana da, anasına da demişəm ki, məzarım qardaşlarımın yanında olsun. Valideynlərimin və bacımın qəbirləri kənddədir, amma demişəm ki, məni qardaşlarımın yanında dəfn edin".
Bakı 



