• Bakı 25° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Sürüşmə olan yolda bərpa işləri niyə aparılmır? - VİDEO

CƏMİYYƏT

30 Iyun 2026 | 09:49

Sürüşmə olan yolda bərpa işləri niyə aparılmır? - VİDEO

Yol bağlanıb, hərəkət məhdudlaşdırılıb, amma aylardır yamacda gözəçarpan hər hansı iş görülmür.

Bakıvaxtı.az xəbər verir ki, bir neçə ay əvvəl Səbail rayonu Cavidan İbrahimli küçəsi, Badamdar- 20-ci sahə yolu kimi tanınan ərazidə yamacda aktivlik müşahidə edildiyi üçün təhlükəsizlik məqsədilə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Ərazidə yaşayanlar deyirlər ki, yol bağlanandan sonra vəziyyət elə əvvəlki kimi qalıb. Onların sözlərinə görə, nə yamacda bərkitmə işləri aparılır, nə də yolun nə vaxt açılacağı ilə bağlı sakinlərə konkret məlumat verilir.

Ərazidə çəkiliş apardığımız zaman yamacda aktiv tikinti, bərkitmə və ya bərpa işlərinin aparıldığını müşahidə etmədik. Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti və Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Hər iki qurumdan bildirildi ki, sözügedən ərazidə onlar hər hansı iş aparmır.

Məlumata görə, yolu sürüşmə təhlükəsinə görə Fövqəladə Hallar Nazirliyi bağlayıb və ərazidə görülməli olan tədbirlər də aidiyyəti üzrə həmin qurumun səlahiyyətindədir. Bu isə əsas sualı ortaya çıxarır.

Əgər təhlükə hələ də qalırsa, niyə ərazidə bərkitmə işləri aparılmır?

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyun 2026