• Bakı 25° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Yeni fənlər üzrə sertifikatlaşdırmanın NƏTİCƏLƏRİ AÇIQLANDI

CƏMİYYƏT

30 Iyun 2026 | 10:17

Yeni fənlər üzrə sertifikatlaşdırmanın NƏTİCƏLƏRİ AÇIQLANDI

"2026-cı ildə ilk dəfə sertifikatlaşdırmaya cəlb olunan fənlər üzrə imtahanların nəticələri açıqlanıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Nazirin təqdim etdiyi statistikaya əsasən, bu il tarix, fiziki tərbiyə, texnologiya, təsviri incəsənət və musiqi fənləri üzrə ümumilikdə 16 min 938 müəllim sertifikatlaşdırma imtahanına cəlb olunub.

Tarix fənni üzrə 5 571 müəllimdən 4 194-ü, fiziki tərbiyə üzrə 5 419 müəllimdən 4 516-sı, texnologiya üzrə 2 948 müəllimdən 2 555-i, təsviri incəsənət üzrə 1 689 müəllimdən 1 405-i, musiqi üzrə isə 1 311 müəllimdən 1 041-i uğurlu nəticə göstərib.

Təqdimata görə, orta bal tarix fənni üzrə 39, fiziki tərbiyə üzrə 41, texnologiya üzrə 45, təsviri incəsənət üzrə 43, musiqi üzrə isə 40 bal olub.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyun 2026