• Bakı 25° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Müəllimlərin orta aylıq maaşı 1300 manata çatır

CƏMİYYƏT

30 Iyun 2026 | 10:30

Müəllimlərin orta aylıq maaşı 1300 manata çatır

"Sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqı 1300 manat təşkil edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Nazirin təqdim etdiyi statistikaya əsasən, 2026-2027-ci tədris ili üzrə hesablamalara görə, müəllimlərin orta aylıq əməkhaqqı 1030 manat olacaq.

Sertifikatlaşdırmada yüksək nəticə göstərərək əməkhaqqına 35 faiz əlavə alan 30 min 590 müəllimin orta aylıq əməkhaqqısı 1300 manat təşkil edir. Sertifikatlaşdırmada uğur qazanaraq 10 faiz əlavə alan 60 min 818 müəllimin orta aylıq əməkhaqqısı isə 1010 manatdır.

Təqdimatda bildirilib ki, sertifikatlaşdırmada iştirak etməyən və ya ilk cəhddə uğur qazana bilməyən 23 min 984 müəllimin orta aylıq əməkhaqqısı isə 770 manat səviyyəsindədir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyun 2026