"2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı təxminən 4 dəfə yüksəlib".
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazirin təqdim etdiyi statistikaya əsasən, müəllimlərin orta aylıq əməkhaqqı 2014-cü ildə 267 manat olduğu halda, 2026-cı ilin sentyabr ayından etibarən 1030 manata çatacaq.
Təqdimatda bildirilib ki, əməkhaqqı artımları diaqnostik qiymətləndirmə və sonrakı illərdə tətbiq olunan sertifikatlaşdırma prosesi çərçivəsində mərhələli şəkildə həyata keçirilib. Belə ki, orta aylıq əməkhaqqı 2022-ci ilin sentyabrında 720 manata, 2023-cü ilin sentyabrında 830 manata, 2024-cü ildə 920 manata, 2025-ci ildə 965 manata, 2026-cı ilin sentyabrından isə 1030 manata yüksələcək.
Zeynəb Rzayeva
Bakı 



