• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Qazaxıstanın IMF-ə yeni töhfəsi Azərbaycana da təsir edəcək

İQTİSADİYYAT

14 Oktyabr 2026 | 18:25 | Müəllif: Subhan Mahmudov

Qazaxıstanın IMF-ə yeni töhfəsi Azərbaycana da təsir edəcək

Qazaxıstan Beynəlxalq Valyuta Fondunun (IMF) Almatıda yerləşən Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzi (CCAMTAC) ilə tərəfdaşlığın uzadılması üçün əlavə olaraq 25 milyon ABŞ dolları ayırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə IMF-in sərəncamçı direktoru Kristalina Georgiyeva bildirib.

Müvafiq sazişi o, Qazaxıstan Milli Bankının sədri Timur Süleymenov ilə imzalayıb.

K.Georgievanın sözlərinə görə, əlavə maliyyələşdirmə Qazaxıstanın regional ölkələrin institusional potensialının gücləndirilməsinə və iqtisadi dayanıqlığının artırılmasına sadiqliyini əks etdirir.

CCAMTAC Regional Mərkəzi 9 dövlətə, o cümlədən Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan, Özbəkistana praktiki və ekspert dəstəyi göstərir.

Mərkəzin fəaliyyəti dövlət orqanlarının peşəkar səriştələrinin inkişafına və regional ölkələrdə iqtisadi idarəetmənin gücləndirilməsinə yönəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026