• Bakı 22° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Kənd yumurtası bahalaşdı

İQTİSADİYYAT

14 Oktyabr 2026 | 18:50 | Müəllif: Subhan Mahmudov

Kənd yumurtası bahalaşdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb.

Bakıvaxtı.az  "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Hazırda bölgələrdə kənd yumurtasının topdansatış qiyməti 35 qəpiyə qədər yüksəlib.

Fermer Anar Abbasov Qaynarinfo-ya açıqlamasında kəndlərdə yumurta tapmağın çətinləşdiyini bildirib:

"Təzə kənd yumurtasının bir ədədi 35 qəpiyədir. Elə sahibkarlar var ki, 20 min ədəd almağa hazırdırlar. Amma yumurta tapılmır. Topdansatış qiyməti 35 qəpikdir, Bakıda isə 45 qəpiyə satılır. Bu yumurtaların öz alıcıları var, hətta vitrinə belə çıxarılmır. Kənddən birbaşa evlərə çatdırılır. Belə davam edərsə, yaxın vaxtlarda kənd yumurtasının qiyməti daha da artacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026