• Bakı 25° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

MİQ-dən keçən müəllimlərin fənn bilikləri daha yüksəkdir - Nazir

CƏMİYYƏT

30 Iyun 2026 | 10:14

MİQ-dən keçən müəllimlərin fənn bilikləri daha yüksəkdir - Nazir

"Müəllimlərin İşə Qəbul (MİQ) imtahanından keçən müəllimlər sertifikatlaşdırmada daha yüksək nəticə əldə ediblər".

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə təqdim olunan statistik göstəriciləri açıqlayarkən deyib.

Nazirin sözlərinə əsasən, MİQ imtahanlarından keçərək işə qəbul olunan 23 min 377 müəllimin sertifikatlaşdırma üzrə orta balı 51 olub. MİQ-də iştirak etməyən müəllimlərin sertifikatlaşdırma üzrə orta göstəricisi isə 42 bal təşkil edib.

Bildirilib ki, əvvəlki dövrdə MİQ imtahanında 30 və daha çox bal toplayan müəllimlərin sertifikatlaşdırmada keçid faizi 99 faiz olub. Onların 62 faizi sertifikatlaşdırma imtahanında 51 və daha yüksək bal toplayıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyun 2026