• Bakı 25° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

2000 manatdan çox maaş alan müəllimlərin sayı açıqlandı

CƏMİYYƏT

30 Iyun 2026 | 10:28

2000 manatdan çox maaş alan müəllimlərin sayı açıqlandı

"Müəllimlərin həftəlik dərs yükü artdıqca orta aylıq əməkhaqqının da yüksəldiyi açıqlanıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Nazirin təqdim etdiyi statistikaya əsasən, müəllimlərin 39 faizi - 45 min 126 nəfər aylıq 500-1000 manat əməkhaqqı alır və onların orta həftəlik dərs yükü 17 saatdır. Müəllimlərin 36 faizini təşkil edən 40 min 240 nəfər isə 1000-1500 manat əməkhaqqı alır və orta hesabla həftədə 25 saat dərs deyir.

Statistikaya görə, 14 min 228 müəllim (12 faiz) aylıq 1500-2000 manat qazanır və onların orta dərs yükü 31 saatdır. Aylıq əməkhaqqısı 2000 manatdan çox olan müəllimlərin sayı isə 1 426 nəfərdir. Bu kateqoriyaya daxil olan müəllimlərin orta həftəlik dərs yükü 34 saat təşkil edir.

Eyni zamanda, 14 min 372 müəllim 500 manata qədər əməkhaqqı alır və onların orta həftəlik dərs yükü cəmi 8 saatdır.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyun 2026