• Bakı 22° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Burkina-Faso Fransaya 7 gün vaxt verdi

DÜNYA

30 Iyun 2026 | 00:00

Burkina-Faso Fransaya 7 gün vaxt verdi

Burkina-Faso hakimiyyəti Parisə 26 iyundan etibarən Uaqaduqudakı səfirliyini bağlamaq üçün yeddi gün vaxt verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.

Bundan əvvəl ölkənin hərbi hökuməti Parisi "açıq-aşkar neokolonial ambisiyalarda" və terrorçuları dəstəkləməkdə ittiham edərək, onunla diplomatik əlaqələrin dərhal kəsildiyini elan etmişdi.

Fransa Xarici İşlər Nazirliyi bu qərarı "düşməncəsinə və əsassız" adlandırmışdı. İki ölkə arasında münasibətlər 2022-ci il çevrilişindən sonra kəskin şəkildə pisləşib. Bundan sonra yeni hökumət fransız diplomatlarını qovub, hərbi əməkdaşlığı kəsib və yüzlərlə fransız əsgərinin geri çəkilməsini tələb edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyun 2026