• Bakı 25° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Sertifikatlaşdırmanın ikinci mərhələsinə hansı müəllimləri cəlb olunacaq?

CƏMİYYƏT

30 Iyun 2026 | 10:08

Sertifikatlaşdırmanın ikinci mərhələsinə hansı müəllimləri cəlb olunacaq?

"Tarix, təsviri incəsənət, texnologiya, musiqi və fiziki tərbiyə müəllimləri sertifikatlaşdırmanın ikinci mərhələsində iştirak edəcəklər".

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə təqdim olunan statistik göstəriciləri açıqlayarkən deyib.

Onun sözlərinə görə, təqdimata əsasən, tarix üzrə 5 571, təsviri incəsənət üzrə 1 689, texnologiya üzrə 2 948, musiqi üzrə 1 311, fiziki tərbiyə üzrə isə 5 419 müəllim sertifikatlaşdırmanın birinci mərhələsini keçib. Bu müəllimlər növbəti mərhələdə ikinci sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.

Bununla da ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlər ən azı bir dəfə sertifikatlaşdırma prosesində iştirak etmiş olurlar.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyun 2026