• Bakı 29° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Zeynəb Xanlarova övladlarına nə vəsiyyət edib? - Mən öləndə məni yandırarsınız...

MƏDƏNİYYƏT

12 Iyul 2026 | 09:16

Zeynəb Xanlarova övladlarına nə vəsiyyət edib? - Mən öləndə məni yandırarsınız...

"Gözümü açandan ilk sevgim anam olub. Elə gec ailə qurmağımın səbəbi də məhz bu idi".

Bakıvaxtı.az xəbər verir ki, bu fikri Xalq artisti Zeynəb Xanlarova 25 il əvvəl - 2001-ci ildə Mehriban Ələkbərzadənin "Persona" verilişində səsləndirib.

"Anamı o qədər sevmişəm ki, ailə qurmağı da yadımdan çıxarmışdım" deyən Xalq artisti ana sevgisinə görə Allaha təşəkkür edib.

Dediyinə görə, uşaqlarına öləndə anasının qəbrinin ayaq hissəsində dəfn edilməsini vəsiyyət edib:

"Uşaqlarıma da demişəm ki, mən öləndə meyitimi yandırıb anamın ayağının altında basdırarsınız. Ki, ondan ayrı düşməyim. Amma Səlim (rəhmətlik həyat yoldaşı - red.) həmişə deyərdi ki, narahat olma, sən öləndə səni Fəxri Xiyabanda basdıracaqlar".

"Övladlarıma demişəm, mən rəhmətə gedəndən sonra mənim yox, anamın qəbrini ziyarət etsəniz,ruhum da şad olacaq", - Zeynəb Xanlarova əlavə edib.

Nərgiz Məmmədli

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyul 2026