İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) icazəsiz marşrutla Hörmüz boğazını keçməyə cəhd göstərən gəmiyə xəbərdarlıq atəşi açıldığını və insidentdən sonra boğazın növbəti bildirişədək bağlandığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın dövlət yayımçısı IRIB SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, bir neçə saat əvvəl icazəsiz marşrutla Hörmüz boğazını keçməyə cəhd göstərən gəmi təhlükəsizlik sistemlərini söndürərək dənizdə təhlükəsizliyə risk yaradıb.
SEPAH-ın açıqlamasına görə, bu səbəbdən gəmiyə xəbərdarlıq atəşi açılıb və o, dayandırılıb.
Qeyd olunub ki, baş verən insidentlə əlaqədar Hörmüz boğazı növbəti bildirişədək gəmi hərəkəti üçün bağlanıb./teleqraf.az
Bakı 



