• Bakı 25° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Almaniya Avropanın ən güclü ordusunu qurmağa hazırlaşır

DÜNYA

14 Iyun 2026 | 15:51

Almaniya Avropanın ən güclü ordusunu qurmağa hazırlaşır

Almaniya NATO daxilində Avropanın ən güclü konvensional ordusunu formalaşdırmaq niyyətində olduğunu bəyan edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fox News Almaniyanın ABŞ-dakı səfiri Yens Hanefeldin açıqlamalarına istinadən məlumat yayıb. 

    Hanefeld bildirib ki, Almaniya Avropanın təhlükəsizliyi ilə bağlı daha böyük məsuliyyət götürməyə hazırdır. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropada mövcud təhlükəsizlik anlayışını dəyişib.

    "Almaniya üzərinə düşən məsuliyyəti artırır ", - deyə səfir Fox News-a bildirib. O əlavə edib ki, Almaniyanın NATO çərçivəsində Avropanın ən güclü konvensional ordusuna çevrilməsi uzunmüddətli öhdəlikdir. 

    Məlumata görə, bu dəyişiklik İkinci Dünya müharibəsindən sonra hərbi məsələlərdə ehtiyatlı mövqe sərgiləyən Almaniya üçün tarixi dönüş nöqtəsi hesab olunur. Berlin uzun illər ABŞ-ın təhlükəsizlik çətirinə arxalanıb və NATO-nun müdafiə xərcləri ilə bağlı hədəflərindən geri qaldığı üçün Vaşinqton tərəfindən tənqid olunub.

    Ekspertlərin fikrincə, Almaniyanın müdafiə sənayesini və hərbi imkanlarını genişləndirməsi NATO-nun gələcək təhlükəsizlik strategiyasında mühüm rol oynaya bilər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    13 Iyun 2026