• Bakı 25° C

    10.92 m/s

  • USD - 1.7

    EUR - 1.8514

    RUB - 0.0193

Debatda azərbaycanlı namizəd hədələndi

SİYASƏT

22 Iyun 2024 | 17:21

Debatda azərbaycanlı namizəd hədələndi

İyunun 28-də İranda keçiriləcək prezident seçkiləri üçün mübarizə aparan 6 namizədin qatıldığı debat ölkənin dövlət televiziyasında canlı yayımlanıb.

Bakıvaxtı.az xəbər verir ki, namizədlər İran xalqının mübarizə apardığı 2 ən böyük məsələ - internet qadağası və hicab məcburiyyətinin aradan qaldırılacağı ilə bağlı vədlər verib.

Seçkilərin yeganə islahatçı, o cümlədən azərbaycanlı namizədi Məsud Pezeşkian 4 saat davam edən debatda internet məhdudiyyətlərinin yalnız böhran vəziyyətində mövcud ola biləcəyini, ancaq normal vaxtlarda qadağanın xalqa ziyan vurduğunu qeyd edib. O, həmçinin baş örtüsü məsələsinə də toxunub:

“Necə ki, əvvəllər qadınlarımızdan hicabı çıxara bilmirdilər, indi də onları hicab bağlamağa məcbur edə bilmərik”.

Maraqlıdır ki, hicabla bağlı vədlər verənlərdən biri də seçkilərin yeganə din xadimi namizədi olan Mustafa Purməhəmmədi olub.

Purmuhammedi məcburi hicabın “qanun müddəası” olduğunu, lakin bunun məcburi olmayacağını, prezident olacağı təqdirdə qaydaya əməl etməyən qadınlara müxtəlif sanksiyalar tətbiq edən, hazırda müzakirə olunan qanunu geri götürəcəyini bildirib.

Mühafizəkar namizəd Səid Cəlilinin debatdakı performansı isə onun hazırkı idarəetməni olduğu kimi saxlayacağı ilə bağlı fikir formalaşdırıb. Belə ki, o, internetə qoyulan senzuraya toxunmayıb, baş örtüsünün isə qadınların məhrəmiyyətinin qorunmasında önəmli rol oynadığını bildirib.

Debatda diqqət çəkən məqam Əlirza Zəkani ilə Məsud Pezeşkian arasında keçən dialoq olub. Qalibaf və ya Cəlilinin xeyrinə namizədliyini geri götürəcəyi gözlənilən Zəkani Məsud Pezeşkiana prezident seçilməyinə imkan verməyəcəyini açıq şəkildə bəyan edib.

“Bu, bir yarışdır və qərarı xalq verəcək. Heç kim kiməsə əngəl ola bilməz”, - Pezeşkian cavabında bildirib. (axar.az)


SON XƏBƏRLƏR