• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İsrailli nazir Ərdoğanı ittiham etdi: Türkiyə XİN-dən sərt cavab

SİYASƏT

22 Iyul 2024 | 16:51 | Müəllif: Gülşən Şərif

İsrailli nazir Ərdoğanı ittiham etdi: Türkiyə XİN-dən sərt cavab

İsrailin xarici işlər naziri İsrael Katz sosial şəbəkə hesabında Türkiyə prezidenti və AKP sədri Rəcəb Tayyib Ərdoğanı hədəf alan karikatura paylaşıb.

Bakıvaxtı.az "Cumhuriyet"ə istinadən xəbər verir ki, karikaturada "Ərdoğan israilliləri öldürmək üçün HƏMAS terror hücrələrinə silah və pul verir" açıqlaması yer alıb.

Bu paylaşımla bağlı Türkiyə Xarici İşlər Nazirliyi israilli nazirə sərt reaksiya verib.

Nazirliyin açıqlamasında  "İsrail xarici işlər naziri İsrael Katz fələstinlilərə qarşı törətdikləri cinayətləri bir sıra yalan, böhtan və hörmətsizlik arxasında gizlətməyə çalışır. Bununla belə, İsrailin ölkəmizi və prezidentimizi hədəf alan çirkin təbliğat fəaliyyətləri və psixoloji əməliyyat cəhdləri nəticəsiz qalacaq" sözləri vurğulanıb.   

Eyni zamanda qeyd olunub ki, Qəzzada qırx minə yaxın fələstinlini qətlə yetirən və hakimiyyətdə qalmaq üçün regional müharibəyə başlamaq istəyən Netanyahu hökumətinin üzvləri beynəlxalq məhkəmələrdə mühakimə olunacaq və törətdikləri cinayətlərə görə cavab verəcəklər. Türkiyə bundan sonra da Fələstin xalqının ədalət və sülh içində yaşamaq və həqiqəti söyləmək hüququnu müdafiə edəcək.

Gülşən Şərif          


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026