• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kazanda Azərbaycanın BRİCS-ə qoşulmaq üçün müraciətinə baxıla bilər

SİYASƏT

21 Avqust 2024 | 15:45

Kazanda Azərbaycanın BRİCS-ə qoşulmaq üçün müraciətinə baxıla bilər

Azərbaycanın BRİCS-ə qoşulmaq üçün rəsmi müraciətinə assosiasiyanın 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək sammitində baxıla bilər.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabbarov deyib.

“BRİCS-in bu ilin oktyabrında Kazanda keçiriləcək sammitində Azərbaycanın müraciətinə baxıla və birliyə üzvlüyü ilə bağlı qərar qəbul oluna bilər”, - senator bildirib.

V.Cabbarovun sözlərinə görə, hazırda Azərbaycan demək olar ki, BRİCS-in üzvü olan bütün ölkələrlə məhsuldar əməkdaşlıq qurub, habelə Qərb ölkələrini, xüsusilə ABŞ və Fransanı qıcıqlandıran müstəqil xarici siyasət nümayiş etdirir.
Senator gec-tez digər MDB ölkələrinin də BRİCS-ə qoşulacağına əminliyini ifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026