• Bakı 12° C

    13.09 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Azərbaycanın qətiyyətli mövqeyi öz bəhrəsini verir:  Sülh prosesinin ləngidilməsinin günahı...

SİYASƏT

26 Aprel 2024 | 17:04

Azərbaycanın qətiyyətli mövqeyi öz bəhrəsini verir:  Sülh prosesinin ləngidilməsinin günahı...

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında məlum razılaşmadan sonra proses davam etməkdədir.

Son məlumata görə, demarkasiya prosesi və geodeziya ölçmələri çərçivəsində aprelin 25-dək 20 dirək quraşdırılıb.

Azərbaycan prezidenti İlham Əliyev də Almaniya səfərində, kansler Olaf Şoltsla görüşdə nisbətən pozitiv bəyanatlar səslənidib. Ölkə rəhbəri sülhlə bağlı yaxşı imkanların yarandığını deyib:

"Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk. Növbəti görüş Qazaxıstanda planlaşdırılacaq və beləliklə, sülh sazişinin imzalanmasına doğru biz əlavə addımlar atırıq".

Politoloq Vasif Əfəndiyev Bakıvaxti.az-a açıqlamasında deyib ki, 44 günlük müharibədən sonra razılaşma sənədlərinin üzərindən 4 ilə yaxın zaman keçməsinə baxmayaraq, Azərbaycanla Ermənistan arasında qalıcı sülh müqaviləsinin imzalanması baş tutmayıb.

Ekspertin sözlərinə görə, bu prosesin ləngidilməsində günah birmənalı olaraq Ermənistan tərəfindədir:

"Sülh müqaviləsinin imzalanmaması üçün vaxtilə Ermənistan parlamentinin gülləbaran edilməsi faktı dediklərimə yetərli sübutdur. İndiki şəraitdə də prosesin ləngidilməsində səbəb Ermənistan cəmiyyətinin sağalmaz xəstəliyidir. Mifik dövlət xəyalları ilə yaşayan erməni toplumu sonunda dövlətsiz qalacaqlarının fərqində deyillər”.

Vasif Əfəndiyev, politoloq

Vasif Əfəndiyev deyib ki, Nikol Paşinyanın son bir ayda sülh istiqamətində atdığı addımlar əslində Azərbaycan tərəfinin yetərli təzyiqlərinin nəticəsidir:

“Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxarılması Paşinyanı fakt qarşısında qoydu. Ardınca Qazaxın anklav olmayan kəndlərinin boşaldılması və geri qaytarılması baş verdi. Hesab edirəm ki, prezident İlham Əliyevin sərt bəyanatları və qətiyyətli mövqeyi öz bəhrəsini verməkdədir”.

Sərhədlərin demarkasiya və delimitasiyasının artıq başladığını deyən Vasif Əfəfndiyev qeyd edib ki, kənar əngəllərə baxmayaraq, son nəticədə çərçivə sənədinin imzalanması ilə proses davam etdiriləcək.

Aydın Baxış


SON XƏBƏRLƏR

06 May 2024