• Bakı 7° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Goranboyda inzibati binadan oğurluq edən şəxs saxlanıldı

CƏMİYYƏT

06 May 2024 | 18:30 | Müəllif: Subhan Mahmudov

Goranboyda inzibati binadan oğurluq edən şəxs saxlanıldı

Goranboyda inzibati binalardan birindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Goranboy rayonunda yerləşən inzibati binalardan birindən 880 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

"Həyata keçirilən tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, binanın mühafizəçisi Elşən Cəlilov saxlanılıb", - deyə məlumatda bildirilib.

Faktla bağlı araşdırma davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026